Qızıl meydanda keçirilən paradda veteranın Putindən qeyri-adi istəyi — VİDEO

MARAQLI 06 iyl 2020, 11:42

Rusiyada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə keçirilən paradda veteranlardan birinin Putindən qeyri-adi istəyi marağa səbəb olub.

 

Yeniavaz.com “Rossiya1”ə istinadla xəbər verir ki, Putin parad zamanı veteranlarla görüşərkən onlardan biri əlində qələmlə prezidenti saxlayaraq ondan nə isə yazmağı istəyir. Bunu görən Belarusiya prezidenti Aleksandr Lukaşenko Putinə baxaraq gülməyə başlayır. “Rossiya1” televiziyası həmin veteranı taparaq Putinlə nə barədə danışdıqlarını soruşub. O bildirib ki, həmin gün qızıl meydanda xidmət edən könüllü xanımlardan biri prezidentlə görüş yerinə gəlməkdə ona kömək edib və ondan xahiş edib ki, əgər Putinlə görüşə bilsə onun üçün avtoqraf alsın.

 

Veteran da həmin xanımın istəyini yerinə yetirərək prezidentlə görüş zamanı ona qələm və kağız verərək xanımın istəyini yerinə yetirib.


Həmin anların görüntülərini təqdim edirik:

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top