Bakıda qəbiristanlıqdan oğurluq edildi

KRİMİNAL 06 iyl 2020, 11:03

Bakıda qəbiristanlıqda oğurluq hadisəsi baş verib.


“Report”un xəbərinə görə, hadisə iyulun 1-i axşam saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dağlı küçəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.


Belə ki, naməlum şəxs və ya şəxslər həmin ərazidən 500 manat dəyərində dəmir barmaqlıqlar oğurlayıb.


Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – 1993-cü il təvəllüdlü Əfqan Məhərrəmov və 1982-ci il təvəllüdlü Faiq Bayramov müəyyən olunaraq saxlanılıblar.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top