Mahir Emreli "Beşiktaş"a təklif olundu

İDMAN 06 iyl 2020, 10:24

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb.


“Report”un “Fotospor”a istinadən məlumatına görə, milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Emreli İstanbul təmsilçisinə təklif olunub.


Amma 24 yaşlı forvardı qarşı tərəfə kimin təklif etməsi barədə bilgi verilməyib.


Qeyd edək ki, Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində "Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" deyib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top