Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz... — VİDEO

HADİSƏ 05 iyl 2020, 19:27

Lerik rayon ərazisində “Relax” ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.

 

Bu barədə “Xəzər” televiziyasının bölgə müxbiri Nizami Rəsulov “Facebook”da paylaşım edib.

 

O qeyd edib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub:

 

“Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

 

Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun “Relax” ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir...

 

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər”. (Oxu.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top