Operativ Qərargah tənqid edildi: "İdarəetmə niyə bu gündədir?"

SOSİAL 05 iyl 2020, 18:39

“Məsləhət xidməti göstərən fiziki şəxs kimi vergi uçotundayam. Hətta pandemiya dövründə belə vergilərimi və sosial sığortamı ödəmişəm. Amma vergi ödəmək üçün gərək işləyəsən, fəaliyyət azadlığın ola. Nazirlər Kabineti isə bizim kimi fəaliyyət göstərənləri nə fəaliyyəti qadağan olunan, nə də fəaliyyətinə icazə verilən sahələrin siyahısına daxil edib. Bunun nəticəsidir ki, indi elektron icazə sistemi bizim müraciəti qəbul etmir, fəaliyyət azadlığımızı məhdudlaşdırır. Təklif edir ki, vergi orqanı ilə faəliyyət kodumuzu aydınlaşdıraq. Halbuki biz qeydiyyatdan keçmək, VÖEN almaqla zamanında bunu aydınlaşdırmışıq. Sistem bizi rəsmən tanıyır, vergimizi, sosial ödənişlərimizi, hesabatlarımızı qəbul edir - tanımasa bunlardan da imtina edərdi. Bu təxminən o vəziyyətdir ki, dövlət doğulan uşağı rəqmən tanıyıb şəhadətnamə vermək istəmir. Vətəndaşına şəxsiyyət vəsiqəsi vermir”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

 

Bu idarəetmə niyə bu gündədir? Ona görə ki, peşəkarlar deyil, peşəkar olmayanlar görəvdədir. Bir dəfə ironiya ilə yazmışdım, indi də yerinə düşür: təsəvvür edin ki, Messi səviyyəli futbolçuları atırsan 3-cü liqaya, 3-cü liqanın da oyunçularını gətirib A liqasında oynadıb camaatı onlara baxmağa məcbur edirsən. Deyəcək sözlərin hamısı bitib. Bizim ən yaxşı halda tamaşa edib ya əl, ya da fit çalmağa gücümüz çatır. Sən işləməyə icazə vermədiyin sahibkara yardım da vermirsən, fəaliyyət sərbəstliyi də. Bunun adı nədir?” – R.Ağayev qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top