Bakıda ad günü keçirib video yayan qadınlar saxlanıldı

HADİSƏ 05 iyl 2020, 12:11

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.  

 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

 

Onların diqqətinə çatdırılıb ki, onların hərəkətləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. 

 

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top