Biznesmen özünə qızıldan maska düzəltdirdi — FOTOLAR

MARAQLI 05 iyl 2020, 11:23

Hindistan sakini Şankar Kurade koronavirusdan qorunmaq üçün 289.000 rupi (təxminən 4.000 dollar) xərcləyərək qızıldan maska düzəltdirib.

 

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, hindistanlı biznesmen bu addımı ilə yerli və beynəlxalq medianın diqqətini öz üzərinə çəkib.

 

Ş.Kurade bildirib ki, başqa bir nəfədə gümüşdən hazırlanmış maska gördükdən sonra zərgərə belə bir sifariş edib.


Maskanın çəkisi 2,5 kq-dır, onun üzərində nəfəs almaq üçün kiçik dəliklər də var.

 

.

Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top