Naftalanda ər bıçaqla arvadını öldürdü, qızını ağır yaraladı

KRİMİNAL 05 iyl 2020, 10:19

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. 

 

Demokrat.az-ın məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib. 

 

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü Həsənova Aysunu bıçaqlayıb. 

 

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib. 

 

Faktla bağlı şəhər prokurorluğundan cinayət işi başlanıb. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top