Bakıda anadan olmuş tanınmış yazıçı vəfat etdi

SOSİAL 05 iyl 2020, 00:03

Tanınmış fantast-yazıçı və jurnalist Yevgeni Voyskunski 98 yaşında vəfat edib.


Gazeta.ru xəbər verir ki, bu barədə Moskva Yazıçılar Birliyinin saytında məlumat verilib.


Qurum yazıçının oğluna və yaxınlarına başsağlığı verib.


“Biz, onun yazı emalatxanasından olan yoldaşları, gözəl yazıçı və qiymətli insanın həmfikirləri və pərəstişkarları, onun dünyadan köçməsini dərin hüznlə qarşılayır, xatirəsini daim yaddaşlarımızda yaşadacağıq”, - Birliyin yaydığı bəyanatda qeyd olunub.


Y.Voyskunski 1922-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlib. O, müharibə romanlarının müəllifi kimi tanınmağa başlayıb.


Y.Voyskunski bu əsərlərini 1980-ci illərdə qələmə alıb. Yazıçı II dərəcəli “Vətən Müharibəsi”, “Qırmızı Ulduz”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub, dörd ədəbi mükafat laureatıdır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top