Anar: “Vəsait yoxdur”

SOSİAL 04 iyl 2020, 15:00

Xalq yazıçısı Anar kinomuzun vəziyyəti ilə bağlı danışıb.

 
O açıqlamasında bunları deyib: “Məlum olduğu kimi, Fransada yaşayan və fransız yazıçısı kimi tanınan azərbaycanlı Ümmül Banu (Banin) məşhur rus yazıçısı, mühacir İvan Bununlə görüşləri haqqında “İvan Buninin son savaşı” adlı kitab yazıb. Onların arasında platonik bir münasibət də olub. Mənim kinopovestim də Baninin bu yazısı, habelə onun “Qafqaz günləri” və “Paris günləri” kitabları, Buninin bir sıra nəsr əsərlərinin motivləri əsasında qələmə alınıb. Kinopovest rus dilinə də tərcümə olunub. Amma təəssüf ki, bu ssenariyə film çəkmək üçün vəsait yoxdur.”(kulis.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top