İcra Hakimiyyətindən sakinlərin Prezidentə müraciətinə REAKSİYA: ""Azərsu" qarşısında məsələ qaldırılıb..."

SOSİAL 04 iyl 2020, 14:06

Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi sakinlərinin çirkab sularının qarşısının alınması üçün ölkə rəhbərliyinə etdikləri müraciətə münasibət bildirib. 


Binəqədi rayon İcra Hakimiyyətindən Demokrat.az-a verilən məlumatda qeyd olunur:


"Kanalizasiya xəttlərinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlərin RİH-nə ünvanladığı şikayətə əsasən tərəfimizdən "Azərsu" ASC qarşısında məsələ qaldırılıb.


Aidiyyəti qurum tərəfindən həmin ərazidə yeni xəttlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinə başlanıldığı və problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi barədə məlumat verilib".


Xatırladaq ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış dərin gigiyenik problemlərlə əlaqədar ölkə rəhbərliyinə müraciət ediblər. Həmin müraciətlə buradan tanış olmaq olar. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top