"Polislər və həkimlər kimi jurnalistlər də işləməlidirlər, əks təqdirdə, vəziyyət daha pis ola bilər”

SOSİAL 04 iyl 2020, 13:20

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlər arasında pandemiyaya yolxuma ilə bağlı yeni açıqlama ilə çıxış edib. Media nümayəndələri aarsında yoluxma hallarına rast gəlindiyini bildirən TƏBİB rəhbəri, qeyd edib ki, jurnalistlər arasında da yoluxduğunu bilməyənlərin olması mümkündür.


Maraqlıdır, media nümayəndələri arasında yoluxma hallarının artması medianın fəaliyyyətinə, onun çevikliyinə mənfi mənada təsri göstərə, cəmiyyətin informasiya ilə təminatında problemlərə səbəb ola bilərmi?


Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli vəziyyətin kifayət qədər ciddi olduğunu və redaksiyaların yaranmış vəziyyəti nəzərə alaraq bəzi tədbirlər həyata keçirməsinin vacib olduğunu vurğuladı:


“Yoluxmanın sürətləndiyi və proseslərin mənfiyə doğru getdiyi göz önündədir. Biz mayın 16-da açıqlama vermişdik. Bildirmişdik ki, Azərbaycanda bir nəfər də olsun virusa yoluxan jurnalist yoxdur. Iyunun 30-da açıqlama verəndə isə bildirdim ki, artıq 18 jurnalist virusa yoluxub, bir nəfər isə dünyasını dəyişib. Bu gün həmin açıqlamanın üstündən 3 gün keçib və bu günün statistikası göstərir ki, 28 jurnalist koronavirusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib. Üç gün içərisindəki dəyişiklik göstərir ki, vəziyyət kəskin şəkildə pisləşir. Odur ki, təcili tədbrilər görülməlidir.


AZ TV, İTV, CBC TV öz əməkdaşlarını kütləvi şəkildə test yoxlanışından keçirir. Yaxşı olar ki, KİV-lər də öz əməkdaşlarını testdən  keçirsin.

 
Bildiyiniz kimi, yoluxma simptomlu və simptomsuz olur. Elə adam var ki, virusun daşıyıcısı olsa da bunu bilmir. Beləcə gəzib-dolaşır. Bu baxımdan KİV-lər də əməkdaşlarını testdən keçirməli, koronavirus aşkarlanan əməkdaşları təcrid etməli, onların maddi təminatına da kömək etməlidirlər.

 
Cəmiyyəti informasiyasız qoymaq olmaz. Jurnalistlər işləməldir. Necə ki, polislər və həkimlər risk bölgəsində işləyirlər, jurnalistlər də riskli olsa da işləməlidirlər. Əks təqdirdə, vəziyyət daha pis ola bilər”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top