Hacıqabulda 62 yaşlı qadın daşla döyüldü

KRİMİNAL 04 iyl 2020, 12:56

Hacıqabul sakini evində daşla döyülüb.


Demokrat.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.


Naməlum şəxs sözügedən kəndin sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq, onu daşla amansızcasına döyüb.


Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top