Azərbaycanda qaçaqmalçılıq edən şəxs sərhədçilərə silah çəkdi

HADİSƏ 04 iyl 2020, 11:26

Azərbaycan dövlət sərhəddini pazmaqda, sərhədçilərə müqavimət göstərməkdə və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyen, karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasında ittiham olunan şəxsin barəsində cinayət işi başlanıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qasımov Rəşad Ramiz oğlunun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (e pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, bu bəcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Məlum olub ki, Rəşad Qasımov İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyib.


Bu zaman onunla sərhədçilər arasında insident yaranıb.


Nəticədə o, sərhədçilərə silah çəkib.


Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq başlanıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top