Koronavirusun ikinci dalğası başladı — Yayılma sürətləndi

DÜNYA 04 iyl 2020, 11:17

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb.


Ötən sutka ölkədə koronavirusa 57 497 nəfər yoluxub. Bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınmışdı - 55 220 yoluxma faktı.


Təxminən 40 ştatda koronavirusa yoluxma hallarında artımın müşahidə edilməsi səbəbilə iyulun 4-ü Müstəqillik Günü bayramının qeyd edilməsi qismən ləğv edilib.


Bildirilir ki, son həftə ərzində rekord sayda yoluxma halları ABŞ-ın 16 ştatında qeydə alınıb. Ötən gün ən çox yoluxma halları Florida ştatında aşkarlanıb - 9 488.

 
Qeyd edək ki, Con Hopkin Universitetinin hesabatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2,79 milyonu ötüb, 129 430 nəfər vəfat edib.(modern.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top