Bakıda postlar bərpa edildi

SOSİAL 04 iyl 2020, 10:25

"Sərt karantin elan olunan ərazilərdə polis tərəfindən küçələrdə hərəkətə nəzarət gücləndirilib, küçə və ərazilərdə hərəkət iştirakçıları ciddi yoxlanılır".

 

Demokrat.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.


O bildirib ki, artıq bəzi ərazilərdə karantin postları quraşdırılıb: “Bir çox ərazilərdə karantin postları yığışdırılsa da, bəzi yerlərdə marşrut postları fəaliyyətini bərpa edib. Karantin postlarının hələlik şənbə və bazar günləri fəaliyyət göstərməsi nəzərdə tutulub. Zərurət olarsa, həmin postlar iş günləri də fəaliyyət göstərə bilər. Həmin postlar marşrut postları ilə də əvəz oluna bilər”.


Kamran Əliyev bildirib ki, hərəkət iştirakçıları müvafiq icazələri olmadan və ciddi zərurət yaranmadan yaşayış yerlərini tərk etməsinlər: "Əks halda həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top