Sabah əsgər gedəcəkdi, maşınla adam vurub öldürdü

HADİSƏ 03 iyl 2020, 23:36

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.


Belə ki, kənd sakini Qafarov Fərid Müşviq oğlu idarə etdiyi "Vaz-2107" markalı avtomobillə yolu keçmək istəyən Elxan adlı kişini vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

 

Qeyd edək ki, F.Qafarov sabah hərbi xidmətə yollanmalı idi.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top