Bu rayonlarda koronavirusa yoluxma çox aşağıdır — SİYAHI

HADİSƏ 03 iyl 2020, 22:57

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ölkənin bəzi rayonlarında yoluxmanın aşağı olduğunu bildirib. 

 

Demokrat.az  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu barədə danışan TƏBİB sədri Oğuz, Xızı, Yardımlı, Daşkəsən rayonlarında yoluxma daha aşağı olduğunu vurğulayıb. 

 

"Bu rayonlarda gündəlik 5-6 yoluxma qeydə alınıb", - deyə Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, son günlər Cəlilabad, Şəki, Yevlax rayonlarında yoluxma sayı artır.

 

TƏBİB sədri qeyd edib ki, bütün bunlar onu göstərir ki, biz karantin rejimini davam etdirməliyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top