Koronavirusa yoluxmuş baş redaktor evə buraxıldı

HADİSƏ 03 iyl 2020, 19:11

Bir neçə gün əvvəl koronavirusa yoluxmuş “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev evə buraxılıb. 

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə xəstəlikdən müalicə alan jurnalistin özü sosial şəbəkə vasitəsilə məlumat verib.  

 

“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm!

 

Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”.

 

Xatırladaq ki, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi 10 gün əvvəl koronavirusa yoluxmuşdu.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top