Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlandı — RƏSMİ

SOSİAL 03 iyl 2020, 17:46

“Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edir. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.

 

Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 
R.Bayramlı bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: “Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top