MMP sədri rayon təşkilatları ilə onlayn görüşdü

SİYASƏT 03 iyl 2020, 17:25

“Ölkə prezidentinin verdiyi tövsiyələri partiyamızın tövsiyə və qərarı kimi qəbul edin. Eyni zamanda, əhali arasında dövlətçiliyə qarşı çıxanlara qarşı əks mübarizə aparın”.
 

Müasir Müsavat Partiyasının Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, bunu MMP-nin şəhər və rayon təşkilatları ilə keçirilən onlayn görüşdə partiyanın sədri Hafiz Hacıyev deyib.


Hafiz Hacıyevin partiyanın Göygöl, Nərimanov, Bərdə, Yevlax, Qazax, Tərtər və Qəbələ təşkilatları ilə görüşdə ictimai-siyasi vəziyyət, rayon təşkilatlarının təşkilatlanması, aparılan ideoloji təbliğat müzakirə edilib. Eyni zamanda, pandemiya dönəmində rayonlarda məmurların sakinlərlə davranışı, onlarla münasibətdə yol verilən özbaşınalıqlar müzakirə edilərək kəskin pislənib.

 
MMP sədri təşkilat rəhbərlərinə rayonlarda bütün sahələrə diqqət edilməsini, vəziyyətlə bağlı onu mütəmadi məlumatlandırmalarını tapşırıb. H.Hacıyev rayonlarda Prezidentin fəaliyyəti ilə bağlı xalq arasında yanlış təbliağat aparanlarla mübarizə aparılmasını da vacib sayıb.

 
MMP-nin rayon təşkilatlarına fəaliyyətlərində dövlətçiliyi hər şeydən üstün tutmalarını ümdə vəzifə kimi önə çəkən H.Hacıyev göstəriş verib ki, ölkə prezidentinin bütün tövsiyə və qərarlarını partiyanın tövsiyə və qərarı kimi qəbul etsinlər. Bununla yanaşı, xalq arasında dövlətçiliyə qarşı çıxanlarla əks mübarizə aparsınlar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top