Şadlıq sarayları: “Dövlət pul ayırmasa, işçilərə maaş verə bilməyəcəyik”

SOSİAL 03 iyl 2020, 15:56

Karantin rejiminin iyulun 20-dək uzadılması şadlıq evlərində çalışan işçilərin də vəziyyətini çıxılmaz hala saldı. Belə ki, martın 14-dən etibarən şadlıq evləri və restoranların bağlanması işçilərin həm işsiz, həm də qazancsız qalmasına səbəb oldu. Sözügedən problemi yaşayanlardan biri də “Sonalar Sonası” şadlıq evidir. Restoranın işçiləri məvaciblərini yalnız aprel və may ayları üçün aldıqlarını, digər ayların pulunu isə ala bilmədiklərindən şikayətlənirlər.


Vəziyyəti araşdırmaq üçün restoranın mühasibi ilə əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, işçilərə digər ayların pulunu ödəmək üçün dövlətin bununla bağlı ayırdığı büdcə hələ ki yoxdur.


Hökm sürən vəziyyət təkcə “Sonalar Sonası” şadlıq evində deyil. Hazırda restoranların əksəriyyəti işçilərinə digər ayların məvaciblərini necə ödəyəcəklərini bilmirlər. “Şuşa” və “Yeganə” şadlıq evinin inzibatçıları işçilərin məvacibinin 2 ay, “Qızıl Qaya” şadlıq evinin inzibatçısı yalnız 1 ay üçün ödəndiyini bildirib.


Ölkəmizdə fəaliyyət göstərən restoran və şadlıq evlərinin hazırki durumu heç də ürək açan deyil.


Görəsən hökm sürən vəziyyətin həlli necə və nə vaxt olacaq?

 

Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov bildirdi ki, iyun-iyul ayı üçün məvaciblərin ödənilib-ödənilməməsi ilə bağlı hələlik məlumat yoxdur.


“Bununla bağlı Nazir Kabinetinin yanında işçi qrupu 2 aylıq proqram tərtib etmişdi. İyun-iyul ayları üçün hələ ki məlumat verilməyib. Amma mahiyyət etibarilə karantin rejimi uzandığı üçün şadlıq evi və restoranların işçilərinə məvacib verilməlidir”.


İqtisadçı ekspert Rəşad Həsənovun Yeniavaz.com-a verdiyi açıqlamasında bildirdi ki, şadlıq evləri və restoranlarda çalışan işçilərə iyun-iyul ayları üçün də məvacib ödənilməlidir:


“Əgər dövlət fəaliyyəti məhdudlaşdırırsa, dövlət qurumlarının qəbul etdiyi qərarlar nəicəsində vətəndaşa və sahibkarlıq subyektinə zərər dəyirsə, bu dövlət vəsaiti hesabına kompensasiya olunmalıdır. 


İqtisadiyyat Nazirliyi açıqlama verdi ki, yeni mexanizmlər üzərində işlər gedir, amma bununla bağlı hələ ki məlumat yoxdur”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top