Koronavirusa yoluxan baş redaktorun müavini danışdı

SOSİAL 03 iyl 2020, 15:40

Xəbər verdiyimiz kimi, “ARB24” telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb. Onlardan ikisi sağalaraq evə buraxılıb, birinin müalicəsi ev şəraitində, digərinin isə xəstəxanada davam etdirilir. 


Oxu.Az xəstəxanada müalicə olunan telekanalda baş redaktor müavini vəzifəsində çalışan Aynur Nəsirova ilə əlaqə saxlayıb. 


O bildirib ki, üç gündür xəstəxanada müalicə edilir:


“Əvvəlcə hərarətim yüksəldi. Test verdim və nəticəsi pozitiv çıxdı. 10 gün ev şəraitində müalicə edildim. Daha sonra xəstəxanaya yerləşdirildim. Hazırda özümü yaxşı hiss edirəm”. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top