Rusiya sərhədləri açır? — Kremldən AÇIQLAMA

DÜNYA 03 iyl 2020, 15:31

Kreml sözçüsü Dmitri Peskov sərhədlərin açılması ilə bağlı yeni məlumatlar verib.


Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Peskov Rusiyanın bəzi ölkələrlə sərhədlərin açılması ilə bağlı danışıqların aparıldığını bildirib: “Koronavirus səbəbilə bağlanan sərhədlərin açılması məsələsi hələlik müzakirə edilir. Bu barədə bəzi dövlətlərlə danışıqlar aparılır, ancaq hələlik konkret heç bir qərar verilməyib”.


Qeyd edək ki, Rusiya dünyada yayılan COVİD-19 pandemiyası ilə bağlı martın 27-dən etibarən yük və poçt reysləri istisna olmaqla bütün uçuşları dayandırıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top