Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başladı

DÜNYA 03 iyl 2020, 14:28

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavira" dərmanını Belarusiyaya ixrac etməyə başlayıb. Bu barədə "RİA Novosti" Rusiya  investisiya fondu (RDIF) və HimRar şirkətlər qrupuna istinadən məlumat yayıb.

 
İnterAz xəbər verir ki, dərmanın Qazaxıstana da tədarükü planlaşdırılır. Hazırda  Latın Amerikası ölkələri ilə danışıqlar aparılır. Dərman may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib.


Əvvəllər bu dərman Ebola xəstəliyinin müalicəsində istifadə olunub.

 
Dərman tablet şəklində buraxılır və xaricdəki analoqlarından daha ucuzdur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top