Avropa Parlamentinin binası qarət edildi — 50 deputatın notbuku oğurlandı

DÜNYA 03 iyl 2020, 14:06

Koronavaris pandemiyası səbəbindən Avropa Parlamentinin binasında olmayan deputatların otaqları qarət edilib.


Qeyd olunub ki, oğrular azı 50 deputatın notebookunu aparıblar.


Bildirilib ki, deputatlar pandemiya səbəbindən Brüssel şəhərindən kənarda olublar.


İki notebooku oğurlanan almaniyalı millət vəkili Niko Semsrott hadisəni böyük qalmaqal adlandırıb:


“Hadisəni ört-basdır etməyə çalışırlar. Əminik ki, onlar (oğrular – Red) hər şeyimizə baxıblar”.


Avropa Parlamentinin nümayəndəsi bildirib ki, hadisə aprel ayında baş verib. Bundan sonra ərazidə keşik çəkən təhlükəsizlik qüvvələrinin sayı artırılıb.(report.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top