Koronavirus: ABŞ-da gündəlik yoluxma rekordu, Fransa ikinci dalğanı gözləyir

DÜNYA 03 iyl 2020, 13:09

ABŞ epidemioloqları hakimiyyəti koronavirusun qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır, BMT dünyadakı hərbi münaqişələri ən azı üç ay müddətinə dondurmağı xahiş edir, Fransa pandemiyanın ikinci dalğasına hazırlaşır və ehtiyata tibbi maskalar yığır.

 

ABŞ-da vəziyyət pisləşir

 

Cons Hopkins Universitetinin məlumatına görə, hazırda dünyada 10,7 milyon xəstə və 516 min ölü var. ABŞ hər iki göstəriciyə görə ən çox təsirlənən ölkə olaraq qalmaqdadır və bu baxımdan digər ölkələrdən xeyli qabaqdadır.

Birləşmiş Ştatlarda gündəlik yeni yoluxmada rekord qeydə alınıb. Belə ki, bir gündə 52 min yeni yoluxma aşkarlanıb. Ən pis vəziyyət Texas, Florida və Kaliforniya kimi böyük ştatlarındadır. Artıq bəzi ştatlar yenidən karantin rejiminə keçiblər.

 

ABŞ-ın baş epidemioloqu Entoni Fauçi xəbərdarlıq edib ki, əgər təcili şəkildə maneə mexanizmi tapılmazsa, epidemiyanın miqyası fəlakətli olacaq.

 

Fransa ikinci dalğaya hazırlaşır

 

Fransada epidemiyanın ikinci dalğasını gözləyirlər. Ölkə hakimiyyəti şirkətlərə və təşkilatlara maskaların ən az 10 həftəyə toplanmasını tövsiyə edir. "Artıq növbəti tədris ilinin başlamasına hazırlaşırıq və virusun geri qayıtmaq riski var" - deyə Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi bildirib.

Сons Hopkins Universitetinin məlumatına görə, epidemiyanın başlamasından bəri virusa təqribən 203 min nəfər yoluxub, 29,8 min nəfər həyatını itirib. İyunun əvvəlindən Fransa sürətli templə mühasirədən çıxmağa başlayıb.

 

BMT-dən çağırış

 

BMT Təhlükəsizlik Şurası COVİD-19-un geniş yayılmasının qarşısını almaq məqsədilə, pandemiya başlayandan dünyadakı bütün konflikt tərəflərini üç ay müddətinə atəşkəs elan etməyə çağıran ilk qətnaməni qəbul edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərq ölkələrinin koronavirusla mübarizədə bütün imkanlarının tükəndiyinə dair xəbərdarlıq edib. ÜST mütəxəssislərinin fikrincə, Suriya və Yəmən kimi münaqişə bölgələrində xəstəliyin yayılmasına nəzarət etməyə həkimlərin heç bir yolu yoxdur.

 

Zaur

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top