Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü — FOTO

HADİSƏ 03 iyl 2020, 11:54

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun koronavirusa yoluxmuş həkim-bronxoloqu Faiq Ağayev vəfat edib.


BAKU.WS xəbər verir ki, 70 yaşlı həkim bu gecə müalicə aldığı ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında həyatla vidalaşıb.


Qeyd edək ki, Faiq Ağayev Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb. O, 2009-cu ilədək bu vəzifəni icra edib. 


Xatırladaq ki, BAKU.WS bir neçə gün əvvəl Ağ Ciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma barədə məlumat vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top