"Dövlətə müxalif olan heç bir təşkilatla dostluq etmərəm" — Elton Məmmədov "Yeni Müsavat"a "HÜCUM ETDİ"

MÜSAHİBƏ 03 iyl 2020, 11:19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədovun "Demokrat.az" xəbər portalına müsahibəsi:


II hissə (müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar)


— Oğlunuz Aynar Məmmədovun 2014-cü ildə “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməsi barədə xəbərlər yayılmışdı. Hətta, oğlunuz həmin jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə vermişdi...


— Xeyr, oğlum jurnalisti döydürməyib. Bu, tamamilə yalan və böhtan idi. Axı siz bu sualları haradan çıxarırsız? "Yeni Müsavat"a kimin rəhbərlik etdiyini biz gözəl bilirik. Zamanında onunla da vuruşmuşuq. 


— İndi "Yeni Müsavat" qəzeti ilə dostlaşmısınız? 


— Xeyr, mən Müsavatla heç zaman dost olmamışam. Ümumiyyətlə, dövlətə müxalif olan heç bir təşkilatla dostluq etmərəm. Mənim bir əqidəm var, o da dövlətə xidmətdir. Mənim amalım rəhbərə və dövlətə sədaqətlə xidmət etməkdir. "Yeni Müsavat"la da mənim heç vaxt əlaqəm ola bilməz. 

 

P.S. Elton Məmmədovun müsahibədə səsləndirdiyi fikirlərinə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun mövqeyini öyrənməyə çalışacağıq...


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top