Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur

SOSİAL 03 iyl 2020, 10:50

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.


Demokrat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.


Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir:


"Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top