Messi "Barselona"dan ayrılır?

İDMAN 03 iyl 2020, 09:55

İspaniyanın “Barselona” klubu və futbolçusu Lionel Messi arasında yeni müqavilənin danışıqları dayandırılıb.


Offsideplus.az "Cadena Sar" radiosuna istinadən xəbər verir ki, argentinalı hücumçu klub rəhbərliyindən onu yeni müqavilə ilə bağlı bir daha narahat etməməsini istəyib.


Futbolçu bu qərarını yorulması və “Barselona”dakı çıxışını bitirmək istəyi ilə əlaqələndirib.


Son günlər "Barselona" ətrafında qalmaqallar səngimir. Futbolçularla rəhbərlik və baş məşqçi arasında problemlər mövcuddur. Mənfi ab-hava ulduz futbolçunu bezdirib. Onu ən çox narahat edən isə bütün münaqişələrin səbəbkarı hesab edilməsidir. Həm məşqçilər heyəti, həm rəhbərlik, həm də Qrizmannla bağlı qalmaqallarda argentinalının adı hallanır. Messinin qərarı barədə komanda yoldaşlarını da məlumatlandırığı bildirilir.


Qeyd edək ki, daha əvvəl klubla Messi arasında yeni müqavilənin razılaşdırıldığı barədə məlumat yayılmışdı. 1+1 seximi ilə bağlanacaqğı gözlənilən yeni müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulurdu. Messiyə hər mövsüm müqaviləni iyunun 10-na qədər birtərəfli qaydada poza bilmək hüququ verilidi. Maliyyə şərtləri isə əvvəlki kimi qalacaqdı. Messinin "Barselona” ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədərdir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top