AzTV-nin daha bir əməkdaşının vəziyyəti ağırdır — FOTO

SOSİAL 03 iyl 2020, 08:43

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV)  baş redaktoru Etibar Babayev koronavirusa yoluxub və hazırda vəziyyəti olduqca ağırdır.

 

KONKRET.az xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov özünün facebook səhifəsində məlumat paylaşıb. Paylaşımda deyilir:


" … 02.07.2020 … Son günlərin ağır və üzücü xəbərlərinə biri də əlavə olundu … AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirildi … Dünyanı cənginə alan koronavurus daha bir həmkarımızı yaxaladı … Dövlətimizin virusun yayılmaması üçün apardığı qabaqlayıcı tədbirlər göz önündədir … Lakin təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu … Bu dəqiqələrdə həyatda qalmaq üçün mücadilə aparan Etibar müəllimin dualarınıza ehtiyacı var …


Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tele-məkanında öz yeri, öz nüfuzu olan Etibar Babayevi məşhur “Kinoklub”un yaradıcısı kimi tanıyırıq … Tamaşaçılar onun yaratdığı bu verilişi uzun illər sevə-sevə izləyib … Etibar Babayev əsl peşəkardır … Ömrünü televiziyaya həsr edən bu insan Azərbaycan kino və teatr sənətinin korifey sənətkarları ilə işləmiş, onlarla dostluq etmişdir … Bəlkə elə bu dostluğun nəticəsi idi ki, Kinoklub o qədər uzunömürlü və maraqlı idi … Çünki o verilişdə səmimiyyət vardı … Bu gün isə Etibar Babayevin tamaşaçı sevgisinə yox, duasına ehtiyacı var … Tanrı köməyin olsun gözəl insan .."


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top