TƏBİB koronavirusla bağlı daha bir məlumat yaydı

SOSİAL 02 iyl 2020, 23:11

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

 

TƏBİB-dən Demokrat.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 6976 test edildiyi bildirilib.

 

Ümumi olaraq indiyə qədər Azərbaycanda 495 828 test aparılıb.

 

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 18 684 nəfər koronavirusa yoluxub. 228 nəfər ölüb, 10 425-i isə sağalıb. Hazırda 8031 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

 

Həmin şəxslərdən 241 nəfərin vəziyyəti ağırdır, 51 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top