Həftəsonları bu bölgələrdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq — RƏSMİ

HADİSƏ 02 iyl 2020, 20:53

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 


Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 


Qeyd edilib ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:


4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;


11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 


18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top