"KONKRET"çilər bir yaşını tamamladı

SOSİAL 02 iyl 2020, 17:55

Bu gün qısa müddət ərzində sosial media sahəsində öz sözünü deməyi bacarmış KONKRET.az-ın 1 yaşı tamam olur. Saytın baş redaktoru Fadil Paşayev bu özəl günlərində fəaliyyətləri barəsində geniş danışmasa da, kollektivi təbrik edib.


"Özümüz haqqında çox danışmayacağıq. İşimiz göz önündədir. Bu bir il ərzində İldrım Musayev, Rahim Əliyev, Sevinc Paşayeva, Babək Göyüş, Müşfiq Əhmədov, Cəlal Fərzəliyev, Xatirə Sadiq, Fəqan Muxtar, Günel Mikayılova, Surxay Atakişiyev, Safura Nəsibova və digər əməkdaşlarımızla birlikdə doğru xəbərin konkret ünvanı olmağa çalışdıq. Yolumuza davam!", - deyə, sayt rəhbəri bildirib.


Demokrat.az kollektivi olaraq, biz də həmkarlarımızı ürəkdən təbrik edir, hər zaman doğru, dəqiq, konkret xəbərin ünvanı olmağı, qərəzsiz, tərəfsiz fəaliyyət göstərməyi, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmağı, baş vermiş hadisənin əhəmiyyətinə görə araşdırılmasını, analitik təfəkkür süzgəcindən keçirilməsini, bir sözlə, yaşadığımız informasiya əsrində insanların məlumat aclığını aradan qaldırmağı arzu edirik! Bundan sonrakı fəaliyyətinizdə də KONKRET olun!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top