Karantini pozanlara qarşı əməliyyat: 27 nəfər tutuldu — VİDEO

HADİSƏ 02 iyl 2020, 14:02

Bakıda karantin rejimini pozan kafe aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları paytaxtın Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində keçirilən qonaqlığın qarşısını alıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa cəhd etsə də, məqsədlərinə nail ola bilməyiblər. 


APA TV-nin məlumatına görə, kafe sahibinin dostu doğum günü qeyd etmək üçün tanışlarını ora dəvət edib. Lakin onların bu arzusu puç olub. Keçirələcək məclisin 27 iştirakçısı 2- ci polis bölməsinə gətirilib. 


Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat məbləğində cərimə olunub, kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən iyulun 5-nədək elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır. Bundan başqa, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top