Tanınmış professor çipləşmədən danışdı

SOSİAL 02 iyl 2020, 12:43

Hazırda davam edən və aylardır bitmək bilməyən koronavirus pandemiyası fonunda müxtəlif fikirlər səslənir. Bunlardan ən başlıcası isə insanların çipləşdirilərək idarə olunan hala gətirilməsi və ölkələrdə 5G texnologiyasının quraşdırılmasıdır. İddialara görə, insanlara koronavirus əleyhinə vurulacaq peyvəndlə bəşəriyyət tarixində yeni bir mərhələ başlayacaq...


Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bununla bağlı “Sherg.az”a danışıb. O bildirib ki, koronavirus pandemiyası ilə səslənən fikirlərin heç bir əlaqəsi yoxdur: “Koronavirus xəstəliyinin əvvəllər də Sars, Mers kimi müxtəlif növləri olub. Bu da onlardan biridir. Sadəcə, COVİD-19 daha aqressivdir və daha çox yoluxuculuq qabiliyyətinə malikdir. Amma koronavirusun da bir vaxtı var. Pandemiya çox uzun çəkə bilməz. Nə çipləşmənin, nə də 5G-nin koronavirusla əlaqəsi var”.

 
A.Qeybulla, insanları bu cür qeyri-dəqiq informasiyalarda uzaq qalmağa çağırdı: “Niyə insanlar fakta, gözləri qarşısında olanlara yox, kimlərinsə yaydığı məlumatlara inanırlar?! ÜST-nin bülletenlərini oxumaq, maariflənmək lazımdır. Yüzlərlə insan gözümüzün önündə  bu xəstəlikdən dünyasını dəyişir, həkim yoldaşlarımız ölürlər. Bunlardan dərs çıxarıb, məsuliyyətli, diqqətli olmaq lazımdır. Rusiyanın və bəzi radikal qüvvələrin müxtəlif məqsədlər üçün yaydıqları məlumatlara inanmaq düzgün deyil. Bunlar mifdir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top