Deputat polisləri təbrik etdi

GÜNDƏM 02 iyl 2020, 12:28

Bu gün Azərbaycan Polisinın  yaranmasının 102 - ci ildönümüdür. Ulu Öndər Heydər Əliyevin 1998 - ci ildə imzaladığı Fərmanla İyul ayının  2 - si Azərbaycan Polisi Günü kimi qeyd olunur.


Bütün dövrlərdə olduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü dönəmində də  Polisimiz öz rəşadətini göstərmiş, qəhrəmanlıq zirvəsinə ucalmışdır. Azərbaycan Polisi xalqımızın asayişini və təhlükəsizliyini yüksək səviyyədə qorumaqla yanaşı, həm də indiki çətin pandemiya dövründə də üzərinə düşən vəzifənin yerinə yetirilməsində böyük fədakarlıq nümayiş etdirməkdədir.


Möhtərəm Cənab Prezidentin həyata keçirtdiyi islahatlar içərisində xüsusi yer tutan Daxili İşlər orqanlarında həyata keçirilən yeniliklər, dəyişikliklər və islahatlar onun fəaliyyətini zamanın tələblərinə və çağrışlarına uyğun şəkildə qurulmasında ciddi rol oynamaqdadır. Bu baxımdan Daxili İşlər naziri, General Polkovnik Vilayət Eyvazovun fəaliyyəti xüsusi olaraq yüksək qiymətləndirilməlidir.


Bütün Polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edir, onlara Dövlətimizə və Xalqımıza şərəfli xidmət yolunda uğurlar arzu edirəm. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçib Şəhid olan polis əməkdaşlarına Uca Tanrıdan rəhmət diləyirəm.


Fəzail Ağamalı,

Millət vəkili, Ana Vətən Partiyasının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top