Azərbaycanda 13 biznesmenə qarşı ŞOK CİNAYƏT

KRİMİNAL 02 iyl 2020, 11:16

Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmiş Cəlil Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlil Əlizadə 1 avqust 2006-cı il tarixdən Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Gəncə şəhər sakini Ayfər Abbasovaya “FOREX” beynəlxalq valyuta bazarına müəyyən məbləğdə pul yerləşdirərək, üzərində qazanc götürəcəyini vəd edib.


O, aldatma yolu ilə Ayfər Abbasovanın 2015-ci ilin mart ayından 2015-ci ilin may ayınadək olan müddətdə 24000 ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun olaraq 25183,20 manat məbləğində pulunu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 28 may küçəsi 97 a ünvanında yerləşən Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasının qarşısında alıb. O, həmin pulları şəxsi ehtiyaclarına xərcləyib.


Bundan başqa, Cəlil Əlizadə 13 yanvar 2016-cı il tarixdən Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Gəncə şəhər sakini Abil Əliyevin Beynəlxalq Bankın Gəncə Filialının Yeni Gəncə şöbəsində olan depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan 15 may 2017-ci il tarixdə 30000 manat və 30000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 51075 manat olmaqla, cəmi 81075 manat məbləğində pul vəsaitini Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alıb. O, həmin pulları şəxsi ehtiyaclarına xərcləyib.


Cəlil Əlizadə həmin tarixdə pulların guya Abil Əliyevin depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 15 may 2017-ci il tarixli eyni, yəni 500 nömrəli 2 ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Abil Əliyevə təqdim edib.


Daha sonra Cəlil Əlizadə 13 yanvar 2016-cı il tarixdən Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyərkən tanışı Gülmirə Ələkbərovanın adına depozit hesabı açıb həmin hesaba müəyyən məbləğdə pul yerləşdirib, üzərində qazanc götürəcəyini vəd edib.


Cəlil Əlizadə Gülmirə Ələkbərovanı aldadaraq 2017-ci ilin iyul ayında 2000 manat, 2018-ci ilin mart ayında isə ABŞ dollarına dəyişdirəcəyi adı ilə 1500 manat, cəmi 3500 manat məbləğində pulu Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alıb.


Cəlil Əlizadə tanışı Elza Əmirovanın adına depozit hesabı açıb, həmin hesaba müəyyən məbləğdə pul yerləşdirərək üzərində qazanc götürəcəyini vəd edib. 


O, aldatma yolu ilə 7 sentyabr 2017-ci il tarixdə 7000 ABŞ dolları müqabilində həmin dövrün məzənnəsi ilə 11906.30 manat və 3000 manat olmaqla ümumilikdə 14906.30 manat məbləğində pulu Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında Elza Əmirovadan alıb.


Bundan başqa o, Sevil Musayevanın Beynəxlaq Bankın Gəncə Filialının Yeni Gəncə şöbəsində olan depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan 31 oktyabr 2017-ci il tarixdə 22000 manat məbləğində pul vəsaitini Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alıb. 


O, həmin pulları şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib, Sevil Musayevanın xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirib.


Cəlil Əlizadə həmin tarixdə pulların guya Sevil Musayevanın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 31 oktyabr 2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Sevil Musayevaya təqdim edib.


Bundan başqa, Cəlil Əlizadə Tinatin Hüseynovanın Beynəlxalq Bankın Gəncə Filialının Yeni Gəncə şöbəsində olan depozit hesabına 8 dekabr 2017-ci il tarixdə qoyduğu 1500 manat pulu talamaq qərarına gəlib.


Bu məqsədlə o, həmin məbləğdə pulun Tsonuninatin Hüseynova tərəfindən hesabdan çıxarıldığı görüntüsü yaratmaqla tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edib, yalan məlumatların əks olunduğu 15 dekabr 2017-ci il tarixli 502 nömrəli kassa məxaric orderi tərtib edib, sənədlərdə Tinatin Hüseynovanın əvəzindən imzalamaqla, işlədiyi şöbənin möhürü ilə təsdiq edib. 


O, həmin saxta sənədlər əsasında şöbənin kassasından 1500 manat pul vəsaitini götürüb və şəxsi ehtiyaclarına sərf edib.


Daha sonra Cəlil Əlizadə tanışı Tinatin Hüseynovanın Beynəlxalq Bankın Gəncə Filialının Yeni Gəncə şöbəsində olan depozit hesabına pul yerləşdirmək adı ilə 13 mart 2018-ci il tarixdə 1000 manat məbləğində pulu Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq, şəxsi ehtiyaclarına xərcləyib. 


O, həmin tarixdə pulların guya Tinatin Hüseynovanın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 13 mart 2018-ci il tarixi 500 nömrəli bank mədaxil qəbzini hazırlayıb. Həmin qəbzə imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Tinatin Hüseynovaya təqdim edib.


Daha sonra Cəlil Əlizadə tanışı Sevinc Hüseynovanın adına depozit hesabı açıb və həmin hesaba müəyyən məbləğdə pul yerləşdirərək üzərində qazanc götürəcəyini vəd edib. 


O, 14 fevral 2018-ci il tarixdə 3000 manat məbləğində pulu Gəncə şəhəri Əhməd Cəmil küçəsi 1 ünvanında yerləşən Gəncə Telekommunikasiya idarəsinin inzibati binasında Sevinc Hüseynovadan alaraq şəxsi ehtiyaclarına xərcləyib.


Cəlil Əlizadə tanışı Aytən İbrahimovaya ABŞ dollarının məzənnəsinin kəskin bahalaşacağını bildirib, ona  Azərbaycan manatını ABŞ dollarına dəyişdirəcəyini vəd edib. 


O, aldatma yolu ilə 27 mart 2018-ci il tarixdə Aytən İbrahimovadan 30000 manat məbləğində pulu Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Milyanerka” adlı qadın geyim mağazasında alaraq öz şəxsi ehtiyaclarına xərcləyib.


Eyni zamanda Cəlil Əlizadə tanışı Validə Seyidovaya ABŞ dollarının məzənnəsinin kəskin bahalaşacağını bildirib, Azərbaycan manatını ABŞ dollarına dəyişdirəcəyini vəd edib. 


O, Validə Seyidovadan 2018-ci ilin mart ayında Azərbaycan Beynalxalq bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında 12000 manat, 2 aprel 2018-ci il tarixdə isə eyni vədlə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2-ci mkr, ev 6, mənzil 16-da 4350 manat məbləğində olmaqla vahid niyyətlə cəmi 16350 manat məbləğində pulu alıb. 


O, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib, Validə Seyidovanın xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib.


Daha sonra Cəlil Əlizadə tanışı Tahir Səfərəliyevə ABŞ dollarının məzənnəsinin kəskin bahalaşacağını bildirib, Azərbaycan manatını ABŞ dollarına dəyişdirəcəyini vəd edib. O, Tahir Səfərəliyevdən 2018-ci ilin mart ayının sonlarında 27000 manat pulu Gəncə şəhəri Nizami rayonu A.M.Əhmədov küçəsi dalan 16, ev 1-də alıb.


Həmçinin Cəlil Əlizadə Göygöl rayon sakini Teyyub Hüseynovun Beynəxlaq Bankın Gəncə Filialının Yeni Gəncə şöbəsində olan Qoşqar Sahibkar Müsəssisənin hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan 30 mart 2018-ci il tarixdə 20000 manat məbləğində pul vəsaitini Azərbaycan Beynalxalq Bankının Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləyib. 


O, həmin tarixdə pulların guya Teyyub Hüseynovun depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 30 mart 2018-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq edib, sonra həmin saxta sənədi Teyyub Hüseynova təqdim edib.


Bundan başqa, Cəlil Əlizadə qohumluq münasibəti olan Elçin Abbasovdan 2014-2015-ci illərdə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün aldığı 500000 ABŞ dolları məbləğində pulu Elçin Abbasov ondan qazanc kimi vəd etdiyi aylıq faiz məbləğləri ilə birlikdə tələb edib.


Bu zaman Cəlil Əlizadə həmin borc öhdəliyinin təminatı kimi tamah niyyətilə Elçin Abbasovun guya 1 fevral 2018-ci il tarixdə 1778000 ABŞ dolları məbləğində pulunun əmanət kimi banka mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 1 fevral 2018-ci il tarixli klassik əmənat hesabı haqqında müqaviləni və eyni tarixli 500 nömrəli bank mədaxil qəbzini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Elçin Abbasova təqdim edib.


İstintaq orqanı tərəfindən Cəlil Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 179.2.2-ci (təkrar mənimsəmə və ya isrif etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Əlizadə 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum edilib.


Hökmə əsasən, “Azərbaycan Beynalxalq Bankı” ASC-nin mülki iddiası təmin edilib, təqsirləndirilən Cəlil  Əlizadədən 1500 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “Azərbaycan Beynalxalq Bankı” ASC-yə ödənilməlidir.


Zərərçəkmiş, eyni zamanda mülki iddiaçı Sevil Musayevanın mülki iddiasının baxılmamış saxlanılıb.


Validə Seyidovanın mülki iddiası təmin edilib. Təqsirləndirilən Cəlil Əlizadədən 16350 manat məbləğində pul tutularaq Validə Seyidovaya, Tahir Səfərəliyevin mülki iddiası təmin edilərək, Cəlil Əlizadədən 25500  manat məbləğində pul tutularaq ona ödənilməsi barədə hökm çıxarılıb.


Bundan başqa, Gülmira  Ələkbərovanın mülki iddiası təmin edilib, təqsirləndirilən şəxs Əlizadə Cəlil Tofik oğlundan 2800 manat məbləğində pul tutularaq Gülmirə Ələkbərovaya, Ayfər Abbasovanın mülki iddiası qismən təmin edilərək Cəlil Əlizadədən 14000  ABŞ dolları vurulmuş zərərin əvəzi, eyni zamanda ona dəymiş mənəvi zərərə görə təqsirləndirilən şəxs Cəlil Əlizadədən 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Ayfər Abbasovaya, Sevinc Hüseynovanın mülki iddiasının təmin edilərək, təqsirləndirilən şəxs Cəlil Əlizadədən 3000 manat məbləğində vurulmuş zərərin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Sevinc Hüseynovaya ödənilməsi barədə hökm çıxarılıb.


Bundan başqa, mülki iddiaçı Aytən İbrahimovanın mülki iddiası qismən təmin edilərək, təqsirləndirilən şəxs Əlizadə Cəlil Tofik oğlundan 30000 manat məbləğində vurulmuş zərərin əvəzi, eyni zamanda ona dəymiş mənəvi zərərə görə təqsirləndirilən şəxs Cəlil Əlizadədən oğlundan 500 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Aytən İbrahimovaya ödənilməsi barədə qərar çıxarıılıb. Hökmə əsasən, Teyyub Hüseynovun ərizəsi nəzərə alınaraq onun mülki iddiasının baxılmamış saxlanılıb.


Hökmdən narazı qalan Cəlil Əlzadə apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələrlə ona bəraət verilməsini, qalan hissədə isə mübahisələndirilən hökmün dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılılmasını xahiş edib.


Zərərçəkmiş Ayfər Abbasova apellyasiya şikayəti verib. O, mülki iddiasının təmin olumasını istəyib.


Tərəflərin şikayətləri araşdırılması üçün Gəncə Apellysiya Məhkəməsinə göndərilib. Hakim Şamil Rzaquliyevin sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş Ayfər Abbasovanın şikayəti təmin olunub. Cəlil Əlizadədən 14000 ABŞ dolları alınaraq Ayfər Abbasovaya verilməsi qərara alınıb.


Təqsirləndirilən Cəlil Əlizadənin apellyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 7 il 6 aya endirilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top