Qalmaqallı prodüser 19 milyon təzminat ödəyəcək

ŞOU-BİZNES 02 iyl 2020, 12:07

Cinsi zorakılığa görə 23 il həbs cəzası verilən Hollivudun 67 yaşlı prodüseri Harvi Vaynşteyn barədə növbəti qərar açıqlanıb.


Demokrat.az xəbər verir ki, Nyu-York ştatının Ali Məhkəməsinin hökmünə əsasən, Harvi seksual xarakterli addımlar atdığı işçilərinə təzminat ödəyəcək.


O, bunun üçün 19 milyon dollar miqdarında puldan keçməli olacaq.


Xatırladaq ki, Harvinin ətrafında qalmaqallı söz-söhbət 2017-ci ildə yayılmağa başlayıb. 80-nə yaxın qadın seksual zorakılıq ittihamı ilə prodüserə qarşı məhkəmə işi qaldırıb. Onların arasında Ancelina Coli, Uma Turman, Eşli Cadd, Cessika Man kimi məşhurlar da var.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top