Koronavirusun turizmə vurduğu zərər hesablandı

İQTİSADİYYAT 01 iyl 2020, 23:15

Turizm sektorunda koronavirus pandemiyası ilə əlaqədar böhran 12 ayadək davam edəcəyi təqdirdə dünya iqtisadiyyatına 3,3 trilyon dollar ziyan dəyə bilər.

 

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının proqnozunda bildirilir.

 

Proqnoza əsasən, turizm sektorunda durğunluq təkcə dörd ay ərzində 1,2 trilyon dollar itirə bilər ki, bu da qlobal ümumi daxili məhsulun 1,5 faizinə bərabərdir.

 

Bir il ərzində isə bu itkilər 3,3 trilyon dollar və ya qlobal ÜDM-in 4,2 faizinə bərabər olacaq.

 

Ölkələr arasında ən çox Tailand zərər çəkə bilər. Bu ölkənin itkiləri ÜDM-in 11 faizinə çata bilər. Yamaykada bu göstərici 9 faiz, Keniya, Misir, Malayziyada 3 faizə çatacaq.

 

Eyni zamanda, Yunanıstan, İtaliya, Portuqaliya, Fransa, İspaniya və ABŞ-ın turizm sektorunun ciddi itkiləri olacaq. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top