Qəbələdə qardaş qardaşı güllələdi

KRİMİNAL 01 iyl 2020, 21:44

Qəbələdə qətl hadisəsi baş verib.

 

Demokrat.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Vəndam qəsəbə sakini Ramil Rəhimov aralarında baş verən dava zamanı qardaşı, 61 yaşlı Azər Rəhimova ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Rəhimov dünyasını dəyişib. 

 

Hadisəni törədən şəxs saxlanılıb. Qətlin mülk üstündə yaranmış mübahisə nəticəsində baş verdiyi ehtimal edilir. 

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top