"Ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir" — Tanınmış vəkil

SİYASƏT 01 iyl 2020, 17:14

"Azərbaycanda ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir".

 

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış vəkil Ceyhun Yusifov deyib.

 

 

"Bu məhkəmənin cinayət kollegiyasının qapısından mənim rastlaşdığım  ədalət keçməyib. Azərbaycanda məhkəmə hüquq islahatları aparmaq istəyiriksə, ilk öncə Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyevdən başlamaq lazımdır. Çünki onun "səyi" nəticəsində həmin məhkəmənin ədalət tərəzisinin nizamı itmişdir . Bu halı təsdiq edən təkcə mənim əlimdə yüzlərlə fakt var. Məhkəmə institutlarının ədalətli və ictimai nəzəri ən çox sarsıdan Bakı Apellyasiya Məhkəməsidir".

 

Tanınmış vəkil, sonda ölkədə aparılan nümunəvi və dəstəklənən hüquq islahatlarının uğurla başa çatdırılması istəyində olduğunu bildirib.

 

Zamiq

Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top