Dünənki toya görə icra nümayəndəsi işdən çıxarıldı

SOSİAL 01 iyl 2020, 13:05

Şəmkirdə kiçik toy məclisi keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edilib. 


“Qafqazinfo”nun Rayon İcra Hakimiyyətinə istinadən məlumatına görə, başçının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.


Xatırladaq ki, ötən gün evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.


Belə ki, ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top