Azərbaycanda Aİ-95 markalı benzin bahalaşdı

İQTİSADİYYAT 01 iyl 2020, 10:55

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.


"SOCAR Petroleum" şirkətindən verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.


"Bahalaşma bu markalı benzinin alış qiymətinin artması ilə əlaqədardır", - şirkətdən qeyd ediblər.


Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.


Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.(yeniavaz.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top