Sanitar-gigiyena qaydalarını pozanlar cərimələndi — FOTO

HADİSƏ 30 iyn 2020, 23:13

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, reydlər zamanı Nərimanov rayonunun Əliyar Əliyev küçəsində məişət tullantılarının qalaqlanmasına görə Xətai rayon sakini ƏliHüseynov, eləcə də Binəqədi rayonunun Binəqədi-Novxanı yolunda idarə etdiyi yük avtomobilində nməişət tullantıları boşaltdığına görə paytaxt sakini Elmar Astanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə müəyyən edilərək hər biri 600 manat cərimə olunublar.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top