MSK-nın yeni tərkibi payızda formalaşdırılacaq

SİYASƏT 30 iyun 2020, 16:27

“Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərin seçilməsi haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.


Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.


Milli Məclisdə deputatları çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından “Report”a bildirilib ki, MSK-nın 6 üzvü YAP-ı təmsil edəcək: “Üzvlüyə namizədlərlə bağlı məsələ isə partiya tərəfindən payızda müzakirə olunacaq”.


Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir.


Seçki Məcəlləsinə əsasən, komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top