Cərimələrin məbləği artırılmalıdır

GÜNDƏM 30 iyn 2020, 11:48

Son vaxtlar respublikamızda koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu da, ilk növbədə karantin rejimi qaydalarının pozulması ilə əlaqədardır. İnsanlar başa düşməlidirlər ki, pandemiya sürətlə yayılır və bunun qarşısını almaq üçün mütləq operativ qəragahın və TƏBİB-in tələblərinə ciddi əməl etməliyik.  Görülən istənilən tədbir hər birimizin  sağlamlığını qorumaq üçündür. Lakin karantin rejimini bu və ya digər yollarla pozan insanların sayı da az deyil. Məhz belə insanlar ilə mübarizə məqsədi ilə parlamentdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi. Dəyişikliyə əsasən, karantin rejimini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək.


Karantin rejimi qaydalarını pozan şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləğinin artırılmasını təklif edirəm. Bəlkə bu yolla bəzi şəxslər qaydalara əməl edərlər. Qonşu dövlətlər də də bbu üsuldan istifadə olundu. Məsələn, ABŞ- da ilkin olaraq 100 dollar 1000 dollar, sonra isə daha çox oldu. Gürcüstanda da belə sərt cərimələr tətbiq olundu. Bisdə də belə cərimələr tətbiq olunsa, insalar səsbəsiz yerə evdən çıxmaz və virusa yoluxanların sayı belə sürətlə artmaz.


Artıq pandemiyanın ikinci dalğasının başlaması heç kəsə sirr deyil. Hətta rəsmi statistik məlumatlara görə, bir gün ərzində 183 min insan bu virusa yoluxub.  Təəssüf ki, pandemiyann təsirlərindən ölkəmiz də yan keçə bilmədi. Xüsusilə, burada bir nüansı qeyd etməliyəm. Sağalanların sayının yoluxanları üstələməsi ölkədə mövcud karantin qaydalarının yumşalmasına səbəb oldu. Lakin təəssüf ki, insanların məsuliyyətsizliyi ucbatından pandemiyaya yoluxma halları yenidən, hətta daha kəskin artmağa başladı. Buna görə də yenidən sərt karantin rejimi bərpa edildi. Ona görə də cərimələrin məbləğinin artırılması vacibdir.

 

Elman NƏSİROV,
Milli Məclisin deputatı


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top