Türkiyədə koronavirusdan daha 18 nəfər öldü

DÜNYA 29 iyun 2020, 23:08

Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 115 nəfəri ötüb.

 

Son sutkada Türkiyədə COVID-19-a 1 374 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.

 

Nazirin sözlərinə görə, son bir gündə 1 214 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 171 809 nəfərə yüksəlib.

 

Son sutkada COVID-19-la bağlı 51 014 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 331 158-dir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top