Milli Şuradan qalmaqallı şəkildə ayrılan Eldəniz Quliyev yeni platforma yaratdı

SİYASƏT 29 iyun 2020, 21:50

Bir müddət öncə Milli Şuradan qalmaqallı şəkildə ayrılan Eldəniz Quliyev yeni platforma yaradıb.


Demokrat.az xəbər verir ki, bu barədə E.Quliyevin özü məlumat verib:


"Dostlar, bir müddət əvvəl elan etdiyimiz - VƏTƏN Dəyərlər Platforması fəaliyyətə başlamağa hazırlaşır...


VDP-ya qoşulanların sayı gün-gündən artır. Artıq onlarla ictimai-siyasi, incəsənət və elm xadimləri üzvlük haqda müraciət ediblər. Onların içərisində Xalq artistləri, tanınmış yazıçılar, şairlər, ssenarislər, rejissorlar, alimlər, hüquqşünaslar, hüquq müdafiəçiləri və digər peşə adamları var. Platformanın geniş ictimai təqdimatını iyulun 10-15-i arası keçirməyi planlaşdırırıq.


Üzvlük üçün müraciət edib Bəyanatı imzalamaq istəyənlər 050 222 13 48 nömrəli telefonla, yaxud mənim inbox qutuma yazıb müraciət edə bilərlər".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top